Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
12:03
939

02
Iyul
12:03



UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirə edilib

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də öz işini iştirakçı ölkələrin təmsilçilərinin çıxışları ilə davam etdirir.

XeberOxu.az-ın məlumatına görə, sessiyanın növbəti günündə üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirə edilib.

Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabat barədə danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.

Sonra Azərbaycan, Norveç, Tanzaniya, İndoneziya, Bəhreyn, Braziliya, Macarıstan, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır.

Çıxış edənlər Ümumdünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələrdən də danışıblar.

Sessiya işini müzakirələrlə davam etdirir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az