Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
04:00
930

01
Iyun
04:00




Ulduz Şokolad Fabriki Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iki tədbirə dəstək göstərib -FOTO

Hər zaman uşaqları sevindirməyə çalışan Ulduz Şokolad Fabriki (“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) bu dəfə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən iki müxtəlif tədbirə dəstək göstərib.

MMC-dən Xeberoxu.az-a verilən məlumata görə, 30 iyunda Nizami Kino Mərkəzində AR Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə AR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin üzvləri üçün “Uşaq Bayramı”, 31 iyun tarixində isə Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən “Daun Mərkəzi”ndə daun sindromundan əziyyət çəkən uşaqlar üçün xüsusi konsert proqramı təşkil olunub.

Hər iki tədbirin məqsədi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları sevindirməklə yanaşı, onların istedad və bacarıqlarının da üzə çıxarılmasına imkan yaratmaq olub.

Ulduz Şokolad Fabriki isə öz növbəsində hər iki tədbirdə iştirak edən qurumların uşaqlarını, həmçinin “Can bala” estrada ansamblının və “Səma” rəqs qrupunun üzvlərini müxtəlif hədiyyələrdən ibarət FAVO hədiyyə paketi ilə sevindirib.

Qeyd edək ki, Ulduz Şokolad Fabriki hər zaman fabrikdə şokolad-konfet istehsalını yaxından görmək istəyən şagirdlər, tələbələr və digər kollektivlər üçün ödənişsiz ekskursiyalar təşkil edir, ekskursiya zamanı onlara fabrik, istehsalat prosesi haqqında məlumatlar verir və sonda onlara müxtəlif hədiyyələr təqdim edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az