RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



23 Iyun
2019
21:50
648



İmamoğludan qələbə açıqlaması - 777 min səs fərqi

Bu gün İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən qələbə qazanan Əkrəm İmamoğlu mətbuata ilk açıqlamasını verib. 

XeberOxu.Az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Ə.İmamoğlu seçki dairələrində əziyyət çəkənlərə minnətdarlığını bildirib:

“Bugünkü seçimin nəticələri hamımız üçün xeyirli olsun. Seçki dairələrində zəhmət çəkmiş yüz minlərlə insana minnətdarlığımı bildirirəm”. O, səslərin sayılması tam başa çatana qədər tərəfdarlarını seçki məntəqələrini tərk etməməyə çağırıb.

“Dediklərim “İstanbulda bir səhifə qapandı, yeni səhifə açıldı” anlamına gəlmir. Yeni səhifəni hamımız ortaq açacaq, ədalət, sevgi ilə idarə edəcəyik. Bu gün 16 milyon istanbullunun ədalətə olan inancı yeniləndi”, - deyə Ə.İmamoğlu bildirib.

Məlumat üçün bildirək ki, İstanbul Bələdiyyə sədrliyinə keçirilən seçkilərdə səsin 54 faizini Millət blokundan Əkrem İmamoğlu, 45,1 faizini Cümhur blokundan olan namizəd Binəli Yıldırım qazanıb. Səs fərqi 777 581-dir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az