Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyun
2019
08:00
1020

12
Iyun
08:00




Xələfov: Gürcüstanla razılaşdırılmamış 13-ə qədər sahə var

Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir. Gürcüstanla razılaşdırılmamış 13-ə qədər sahə var.

Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib:

“Gürcüstanla müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var.  Razılaşdırılmayıb, ona görə ki, müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var, müxtəlif yanaşmalar var. Bunlar, əlbəttə ki, yaxınlaşdırılmalıdır, razılaşdırılmalıdır. Keşikçidağ da o razılaşdırılmamış sahələrə daxildir. Bilirsiniz ki, Sovetlər dövründə bütün respublikalar arasında inzibati sərhədlər var idi. İnzibati sərhədlərdə ölkələrin yaşayışını, bütün fəaliyyətini təmin edən sərhədlər var idi və hər kəs sərhədlərini bilirdi.

Lakin Sovet İttifaqı dağılandan sonra inzibati sərhədlər başqa status aldı. İndiki dönəmdə isə ölkələr sərhədlərin müəyyən edilməsinə dair sənəd imzalayır. Bunu da imzalamaq üçün komissiya hər bir sahəni razılaşdırmalıdır.

Biz qərara gəlmişik ki, bu həftə ekspertlərin yerlərdə görüşünü təşkil edək və görüşün nəticəsi olaraq iki ölkə arasında sərhədin müəyyənləşdirməsi ilə məşğul olan komissiyanın növbəti iclasının tarixini müəyyənləşdirək. Düşünürəm ki, iclas iyul-avqust aylarında ola bilər”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az