RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



24 Apr
2019
22:46
594



YAP Quba rayon təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib -FOTO

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Xeberoxu.az-ın məlumatına görə, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, Azərbaycan xalqının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını davam etdirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tərəqqisi naminə uğurla fəaliyyət göstərir: “Məhz YAP Sədrinin yüksək rəhbərlik bacarığı ilə 2003, 2008, 2013 və 2018-ci illərdəki prezident seçkilərindən sonra ölkəmizdə sosial-iqtisadi sahədə davam edən tərəqqi bu gün daha dinamik şəkil alıb. Hazırda respublikamız böyük inkişaf yolundadır. Dövlətimizin iqtisadi qüdrəti durmadan artır, xalqın həyat səviyyəsi gündən-günə yaxşılaşır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı I, II və III Dövlət proqramlarının icrası ilə bağlı görülmüş işlər nəticəsində çoxlu sayda müəssisələr tikilib, yeni iş yerləri açılıb, maaşlar, pensiya və müavinətlər ardıcıl olaraq dəfələrlə artırılıb, vətəndaşların rifah halı durmadan yüksəlib. Bu inkişafı hər bir vətəndaş yaşadığı ərazidə, öz şəxsi həyatında, ailəsində, təhsil aldığı məktəbdə, əmək kollektivində görür və hiss edir”.

Sonra YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı hesabat məruzəsi ilə çıxış edərək ötən müddətdə görülənişlər barədə məlumat verib. Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub.

Çıxışlardan sonra Əhməd Bəkirli YAP Quba rayon təşkilatı Gənclər Birliyinin yeni sədri, 21 nəfərdən ibarət Şura, həmçinin partiyanın Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək ozamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır: “Bu, son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Yaranmış vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi ilə dövlətimizin bütün problemləri öz həllini tapdı, Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın ilk təməlləri qoyuldu. Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır”.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Milli Məclisin deputatı Azər Badamov, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə uğurla yürüdülən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı həyata keçirilən layihələr, Dövlət proqramları barədə söhbət açıblar. Qeyd olunub ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda bir qrup fəal gəncə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az