Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
12:01
969

02
Iyul
12:01



Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyası barədə veriliş hazırlayıb

Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyası barədə məlumat yayıb. Məlumatda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyunun 30-da Azərbaycanın paytaxtı Bakı şəhərində başladığı qeyd edilib.

XeberOxu.az-ın  məlumatına görə, yayımda vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra UNESKO ilə sıx əməkdaşlıq qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib.

Bildirilib ki, iyulun 10-dək davam edəcək sessiya zamanı müxtəlif ölkələrdən Dünya İrs Siyahısına daxil edilmək üçün ünvanlanmış 36 müraciətə baxılacaq. Həmin siyahıya Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin də daxil edilməsi nəzərdə tutulub. Eramızın IV əsrinin sonundan V əsrinin sonunadək yaradılan bu kurqanlar beynəlxalq ekspertlər qrupu tərəfindən UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmək üçün tövsiyə olunub.

Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir.

Mozu vilayətinin kurqanları arasında imperator Nintokunun 486 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az