Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
19:45
408

16
Avq
19:45




Nazir müavini Ağstafada vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda həmin rayonun və Qazax rayonunun sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, M.Kərimli əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə vətəndaşları məlumatlandırıb. Qəbul zamanı vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb edilmə və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib. Bir sıra müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görülməsi tapşırılıb. Eləcə də vətəndaşlardan bir qisminin müraciətlərinə əsasən onlara münasib iş yerlərinə göndərişlər verilib.

Ayrı-ayrı vətəndaşlar özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az