Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
11:28
471

17
Avq
11:28




“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da görkəmli filoloq, folklorşünas, şair, jurnalist və publisist Tofiq Hüseynzadə (1946-2006) haqqında üç dildə məqalə yaradılıb.

MEK-dən XeberOxu.Az-a bildirilib ki, Azərbaycan, türk və ingilis dillərində yaradılan məqalələrdə Tofiq Hüseynzadənin elmi fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, o, Səfəvilər dövrünün mütəfəkkiri, ulu babası Miskin Abdalın irsini araşdırıb, 2005-ci ildə “Səfəvilərin böyük övliyası Miskin Abdal” kitabını nəşr etdirib.

Tofiq Hüseynzadənin üçcildlik “Xəyal cığırı” kitabında müəllifin böyük və zəngin şeiriyyət dünyası, hekayələri, hikmətli kəlamları verilib. Onun “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” əsəri ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az