Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
19:57
612

17
Avq
19:57




Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı

Lerikdə məşhur istirahət mərkəzinin otağından ilan çıxıb.

XeberOxu.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Aytən Əliyeva adlı istifadəçi sosial şəbəkədə paylaşıb. Bildirib ki, ailəvi olaraq dincəlmək üçün 2 gecəlik Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gediblər. VIP dulex kottec seçsələr də, sonradan gördükləri mənzərə onları xeyli qorxudub:

“Şəkildə yapışqanlı kağıza yapışıb həftəylə qalmış ölü siçan və canlı ilan görürsüz. Kottecə gəldiyimiz gündən otaqda qoxu olduğunu hiss etdik, ancaq əhəmiyyət vermədik. Düşündük ki, bəlkə əşyaların üstünə nəsə tökülüb. Dünən axşam otağa gəldikdə isə belə bir mənzərənin şahidi olduq. Nə yaxşı ki, kağız yapışqanlı olduğu üçün ilan hərəkət edə bilmirdi. Bu gün rəhbərliyə şikayət etmək istədik, burada olmadığını bildirdilər. Uşaqla gəlinən istirahətdə belə təhlükəli vəziyyətlə özləri rastlaşmış olsaydı, hansı reaksiyanı verərdilər maraqlıdır”.

“Relax” İstirahət Mərkəzinin direktor müavini Famil Kərimov hadisə ilə bağlı açıqlamasında bildirib ki, hotel meşədə yerləşir və bu kimi halların baş verməsi normaldır:

“Biz müştərilərə tapşırırıq ki, qapını açıq qoymasınlar. Meşə yeridir, otağa quş da girər, arı da, ilan da. Onlar da qapını açıq qoyub. Yazılanlardan xəbərdarıq. Otaqlar hər gün təmizlənir. O siçanın həftəylə qalması mümkün deyil. Ailə ilə də danışıb, prosesi izah etmişik”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az