Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
19:12
714

02
Iyul
19:12



Zakir Həsənov Belarusda Azərbaycan Milli Qəhrəmanının anasını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Belarusda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Minskdəki şəhər klinik xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anası xanım Kima Davidoviçi ziyarət edib.

Nazirlikdən XeberOxu.az-a verilən məlumata görə, K.Davidoviçin səhhəti və müalicə prosesi ilə maraqlanan Müdafiə naziri gül dəstəsi və Azərbaycandan gətirilən sovqatı ona təqdim edərək tezliklə sağalmasını arzulayıb. Xəstəxananın baş həkimi və müalicəni həyata keçirən tibbi personalı ilə görüşən Müdafiə naziri K.Davidoviçin müalicəsinə dair bütün xərclərin Azərbaycan tərəfinin öz üzərinə götürdüyünü bildirib.

Çay süfrəsi arxasında söhbət zamanı Milli Qəhrəman mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu bir daha qeyd edilib.

Qəhrəmanın anası onu ziyarət edərək səhhəti ilə maraqlandığına və oğlunun xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını ifadə edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az