Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








11 Fev
2019
07:43
183



Zəlzələ zamanı əmlaka dəymiş ziyana görə sığorta ödənişi edilirmi?

Şamaxıda bir neçə gün əvvəl baş vermiş güclü zəlzələ bəzi evləri və obyektləri dağıtdı.

XeberOxu.Az xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, bu məsələ zəlzələdən zərər görən əmlakların sığortası məsələsini gündəmə gətirir. Bəs hansı hallarda sığorta şirkətləri tərəfindən bu əmlakların sahibinə sığorta ödənişləri edilə bilər?

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov deyir ki, daşınmaz əmlakların, yəni evlərin və obyektlərin sığortası icbari, onların daxilindəki daşınan əmlakların sığortası isə könüllüdür.

Ekspert tövsiyə edir ki, xüsusən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər daşınar əmlaklarını da sığorta etdirsinlər. Əks halda bu cür gözlənilməz hadisələr zamanı ciddi maliyyə itkisi ilə üzləşə bilərlər.

Qeyd edək ki, evləri icbari sığorta olunan şəxslər hadisə zamanı dəymiş ziyanın qarşılığında sığorta şirkətindən Bakıda 25 000-ə, Gəncə, Sumqayıt və Naxçıvanda 20 000-ə, digər rayonlarda isə 15 000 manata qədər sığorta ödənişi ala bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az