Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




11 Yan
2019
14:35
849



DMX rəisi: Əcnəbilərə göstərilən elektron xidmətlərin sayı 14-ə çatdırılıb

Dövlət Miqrasiya Xidmətində (DMX) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, konfransı giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açaraq Azərbaycanın 2018-ci ildə uğurla inkişaf etdiyini, ölkəmizin bütün sahələrdə möhtəşəm nailiyyətlərə imza atdığını bildirib.

V.Hüseynov deyib ki, dövlət rəhbərliyinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb: "Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son illərdə ölkəmizə səfər edən şəxslərin sayının artması dinamikası davam edir. Bu gün Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir".

Xidmət rəisi vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti hesabat dövründə miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyi və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, miqrasiya-idarəetmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin təşkili, miqrasiya orqanlarına kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vəzifələrini müvəffəqiyyətlə yerinə yetirib:

"Bununla yanaşı, ötən dövr ərzində Xidmətin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilib, eləcə də ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə əldə edilən uğurlardan biri miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası müqavilə olan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in 19 noyabr 2018-ci il tarixdə imzalanması olub.

Hazırda isə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin hazırlanaraq, gələcəkdə imzalanması üçün Xidmət tərəfindən iş aparılır.

Eyni zamanda, əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması və Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi – MİGAZ geniş ictimaiyyətə təqdim olunub. MİGAZ - Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi MilliNet-2018 müsabiqəsində "Elektron hökumət və maliyyə-bank mobil tətbiqi" nominasiyasında 3-cü yerə layiq görülüb. Həmçinin əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılıb.

Ötən dövr ərzində “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib.

Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində də bəzi dəyişiklik edilib. Bu dəyişikliklər ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.

Bundan başqa, 2018-ci ildə Xidmətin fəaliyyət imkanları genişləndirilərək, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlayıb".

Xidmət rəisi DMX-nın fəaliyyəti barədə maarifləndirmə və məlumatlandırma işinin təşkilinə xüsusi əhəmiyyət verildiyini qeyd edib: "Miqrasiya ilə bağlı məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə oktyabrın 10-dan “ASAN Radio”da ilə yeni layihəyə - hər həftənin çərşənbə günü “Miqrasiya saatı” verilişinin yayımına start verilib. Miqrasiya qanunvericiliyi ilə bağlı ölkənin 10 ali təhsil ocağında, eləcə də Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 47 maarifləndirmə-məlumatlandırma tədbiri, 20 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edilib. Bundan başqa, Yeni il ərəfəsində ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artımın olması nəzərə alınaraq, dekabrın 15-dən yanvarın 15-dək davam edəcək məlumatlandırma aylığına başlanılıb. Kampaniya iki istiqamətdə - video-çarxlar vasitəsilə ümumi maarifləndirmə və ünvanlı qaydada əcnəbilərin özlərinə məlumatların verilməsi üzrə aparılır. Kampaniya çərçivəsində Azərbaycan, rus və ingilis dillərində 40 000 flayer çap edilib. Bu flayer əcnəbilərə Heydər Əliyev Beynəlxalq Aeroportu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, 189 Taksi, "Park Bulvar", "Dəfnə-Dalida" restoranlar şəbəkəsində təqdim edilir".

V.Hüseynov əlavə edib ki, bu gün respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi bir vaxtda Dövlət Miqrasiya Xidməti də səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ilə işəgötürənlərlə mütəmadi görüşlər keçirilir: "Ötən il ümumilikdə 800-ə yaxın sahibkarın iştirakı ilə 7 görüş keçirilib. Biznes dairələrindən gələn təkliflər də nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi məqsədilə “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib".

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Nazarbayev istefa qərarını Putinə deyibmiş







Tanınmış meyxanaçı Aydın Xırdalanlı dünyasını dəyişib







İzləyicisinə "Gelandewagen" hədiyyə edən Hüseyn 3 milyon qazandı







“Dərman mafiyası”nın üzvləri azadlıqda - Məhkəmə qərarı +Yenilənib







Nursultan Nazarbayev istefa verib


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az