Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





11 Fev
2019
07:53
582



Tikinti şirkətləri kirayə yolu ilə evlər sata bilərmi? - VİDEO

İndiyədək dövlət mənzillərin güzəştli şərtlərlə satışı ilə bağlı hansı təcrübədən istifadə edibsə, tikinti şirkətləri də bir növ bunu öz təcrübələrində təkrarlayıblar. Bu isə dövlətin kirayə evlər sosial layihəsinin özəl tikinti şirkətləri tərəfindən də tətbiq edilməsi məsələsini gündəmə gətirir.

XeberOxu.Az xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, dövlət sosial ipoteka mexanizminin tətbiqinə başlayanda tikinti şirkətləri də bu prosesə qoşuldu və banklarla əməkdaşlıq şəraitində mənzillərini bu təcrübə əsasında satmaq üçün müəyyən addımlar atdılar. Sonra isə tikinti bazarı iştirakçıları hətta bir az da irəli gedərək daxili kredit sistemlərini qurdular. Belə ki, vətəndaş heç bir vasitəçi olmadan birbaşa tikinti şirkətinin özünə yaxınlaşır, ilkin ödəniş məbləğini ödəyir və yerdə qalan vəsaiti isə razılaşdırılmış qaydada aylıq olaraq ödəməyə başlayır. Yəni aparılan müşahidələr bunu göstərir ki, tikinti şirkətləri dövlətin mənzil satışı ilə bağlı atdığı addımları bir növ öz fəaliyyətlərində təkrarlayırlar.

Bu isə dövlətin sosial layihəsi olan kirayə evlər təcrübəsinin də tikinti şirkətləri tərəfindən təkrarlana biləcəyi məsələsini gündəmə gətirir.

Bəs görəsən tikinti şirkətləri bu təcrübəni istifadə etməkdə maraqlıdırmı?

Əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu metoddan istifadə tikinti şirkətlərinin bir çox problemini həll edə bilər.

Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzilləri sata bilmədiyi üçün çoxsaylı problemlərlə qarşılaşırlar. Odur ki, dövlətin həyata keçirdiyi kirayə evlər layihəsi bu mənada özəl tikinti şirkətləri üçün də yeni bir təkan ola bilər.

Xatırladaq ki, kirayə evlər layihəsi dövlətin sosial proqramı olub, aylıq kirayənin 12 qatı həcmində ilkin ödəniş və bundan sonra aylıq sabit ödəniş etməklə vətəndaşlara mənzil sahibi olmaq imkanı verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO







Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az