Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
01:17
444



Xaricə səfər edən Azərbaycan vətəndaşları üçün tövsiyələr hazırlanıb

Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətlərinin təhlükəsiz və rahat keçməsi üçün zəruri tövsiyələrdən ibarət broşur və videoçarxlar hazırlanıb.

Xarici İşlər Nazirliyindən (XİN) Xeberoxu.az-a verilən məlumata görə, broşur və videoçarxlar Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi” layihəsi çərçivəsində XİN-in təşəbüsü ilə hazırlanıb.

XİN-in və BMqT-nin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmiş broşur və videoçarxların hazırlanması zamanı bir sıra xarici ölkələrin təcrübəsi, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin rəyləri və digər spesifik amillər nəzərə alınıb.

Layihənin əsas məqsədi vətəndaşlarımıza lazımı tövsiyələrin verilməsi yolu ilə cəmiyyətimizdə “səyahət mədəniyyəti” anlayışının təşviqi və inkişaf etdirilməsidir. Belə ki, layihədə səfərdən öncə gediləcək ölkə və ya region barədə araşdırmanın aparılması, Azərbaycan Respublikası pasportundan istifadə, xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarından vizaların əldə olunması üçün müraciətlərin düzgün tərtib və təqdim olunması qaydaları, səyahət sığortasının vacibliyi və bir sıra digər məsələlərlə bağlı tövsiyələr və faydalı məlumatlar əks olunub.

Ümid edirik ki, broşur və videoçarxlar Azərbaycan Respublikası vətəndaşları üçün xarici ölkələrə səfər zamanı daha hazırlıqlı və bilikli olmağa yardımçı olacaq, həmçinin baş verə biləcək xoşagəlməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün mühüm rol oynayacaqdır.

Broşur və videoçarxlar XİN-in “Səyahət məlumatı” bölməsində yerləşdirilib və aşağıdakı keçid vasitəsilə əldə edilə bilər:

http://mfa.gov.az/content/575.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Nazarbayev istefa qərarını Putinə deyibmiş







Tanınmış meyxanaçı Aydın Xırdalanlı dünyasını dəyişib







İzləyicisinə "Gelandewagen" hədiyyə edən Hüseyn 3 milyon qazandı







“Dərman mafiyası”nın üzvləri azadlıqda - Məhkəmə qərarı +Yenilənib







Nursultan Nazarbayev istefa verib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az