Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
08:06
207



“Çat Kapı aşk” filminin möhtəşəm qala-gecəsi baş tutub

Elektra Events Hall-da “Cinemazadeh” istehsalı olan və Turkiyədə çəkilmiş “Çat Kapı Aşk” romantik filminin möhtəşəm qala-gecəsi keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və bir çox yüksək qurumların rəhbərləri gecənin qonaqları olub.

Tədbir iştirakçılarının həvəslə şəkil çəkdirdiyi xüsusi dekor ilə bəzədilmiş məkan, elə zala girişdən göz oxşayır, tədbirin möhtəşəmliyindən xəbər verirdi.

Qala gecədə Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və yaradıcı heyyətin üzvləri iştirak ediblər.

Sonda bütün zal filmin yaradıcı kollektivini ayaq üstə salamlamlayıb, durmadan alqışlayıblar.

Filmin rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadə. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə, montaj rejissoru Vügar Islamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Tədbirin təşkilində dəstək olmuşdular: “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi, Cinemazadeh, Cinema Distribution, Filmzadeh

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Bakıda qadın sürücü hər kəsi şoka saldı







Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı







Bakıda itkin düşmüş 18 yaşlı qadın tapıldı







Əli İnsanov azadlıqda


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az