AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
08:30
591



İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda seminar təşkil olunub

Prezident İlham Əliyevin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib.

İnstitutdan xeberoxu.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun seminarı təşkil edilib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbiri giriş nitqi ilə açaraq, müasir dövrdə elm və təhsilin cəmiyyətin inkişafında oynadığı roldan bəhs edib.

Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan, rektor dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib.

İnstitutda tələbələrin nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına xüsusi önəm verildiyini qeyd edən rektor, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə İnstitutda ardıcıl seminarlar, görüşlər təşkil olunduğunu vurğulayıb. C.Məmmədov daha sonra bildirib ki, ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, “dəyirmi masa” və görüşlərin təşkilinə xüsusi önəm verir.

Professor, ictimai-siyasi xadim Şahlar Əsgərov “Din və elm” mövzusunda məruzə ilə çıxış edərək, din və elm məfhumlarının qısa tarixinə toxunub. O bildirib ki, dinlə-elmi bir həqiqətin iki fərqli üzü kimi də xarakterizə etmək mümkündür. Elmin və tərəqqinin insan həyatındakı xüsusi əhəmiyyətini vurğulayan Ş.Əsgərov bu amilin gənclərin formalaşmasındakı rolundan ətraflı bəhs edib.

Görüşdə digər elmlərin İslam dini ilə sıx və qarşılıqlı münasibətdə olduğu bildirilib. Qeyd olunub ki, din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir.

Daha sonra Ş.Əsgərov tələbələrin suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub







Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib (YENİLƏNİB)







Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib -FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az