RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



18 Mart
2019
12:06
720



"Prime Travel Market" sərgisinin yaz sessiyası keçirilib

Mart ayının 15-də "Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə üçüncü Prime Travel Market tədbiri baş tutub. Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunub. Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Çexiya, Sloveniya, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.

"Prime Travel Market"in təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edib.

Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri vardır.

Üçüncü "Prime Travel Market" sərgisinin tərəfdaşları "Glion İnstitute of Higher Education" və "Türk hava yolları" şirkətləri olub.

Tədbir zamanı qonaqlar üçün 10-yə yaxın dəyərli hədiyyələr uduşa düşüb.

"Prime Travel Market" ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır.

Növbəti dəfə "Prime Travel Market" tədbirinin 2019- -cu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az