Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





25 Mart
2019
15:37
519



Azərbaycanlı biznesmenin oğlu dəhşətli qəzada öldü
Ukraynada yaşayan azərbaycanlı biznesmen Qəzənfər Hacıyevin oğlu Şamil Hacıyev dəhşətli yol qəzasında vəfat edib.

Xeberoxu.az-ın Ukrayna mediasına istinadən xəbər verir ki, 24 marta keçən gecə Şamil Hacıyev Odessa şəhərində idarə etdiyi “BMW X6” markalı avtomobillə ağır qəza törədib.

“BMW X6” park edilmiş "Hyundai Sonata"ya çırpılıb. Zərbənin gücündən avtomobil aşıb və elektrikötürücüsünə dəyib. 

Avtomobil alışıb və onun hissələri 10 mertlərlə uzağa uçub.Avtomobildəki 33 yaşlı sərnişin Viktoriya Kravçenko hadisə yerində ölüb. 22 yaşlı sürücü Şamil Hacıyev isə xəstəxanada keçinib. 

Qəzaya səbəb yüksək sürət olub. Şahidlərin sözlərinə görə, qəzada ölənlər "Porsche"nin sahibi ilə ötüşüblər.

Qeyd edək ki, Qəzənfər Hacıyev Odessada gecə klubunun sahibidir. Onun digər oğlu Ramil Hacıyev yeniyetmələr arasında dünya və olimpiya çempionudur. 

Viktoriya Kravçenko da biznesmen övladıdır. Onun atası Valeri Kravçenko "Doktor Mosart" adlı plastik cərrahiyyə klinikasının sahibidir. Əvvəllər "Mosart" otelinin də sahibi olub.
Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO







Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az