RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



23 Apr
2019
00:50
969



Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur
Azərbaycanın böyük şəhərlərindən biri olan Xankəndində rəsmi dövlət orqanları mövcud deyil.

Xeberoxu.az yeniavaz-a istinadən bildirir ki, rəsmi statistikaya əsasən 30 kv.km-ə yaxın sahəsi, 55 mindən çox əhalisi olan Xankəndi şəhərində nə icra hakimiyyəti orqanları, nə də məhkəmə orqanları fəaliyyət göstərir.

Yalnız qanunverici orqanda - Milli Məclisdə Xankəndi şəhərini təmsil edən millət vəkili fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, rəsmi məlumatlara görə şəhər əhalisinin təxminən 1/5-ni azərbaycanlılar təşkil edir. Hazırda Xankəndinin işğal altında olması səbəbindən şəhərin azərbaycanlı əhalisi ölkənin digər rayonlarında məskunlaşıblar.

Mərkəzi Seçki Komissiyası 122 saylı Xankəndi seçki dairəsində 13 məntəqə formalaşdırıb və son məlumata görə bu dairədə 4 838 seçici qeydə alınıb.

2005-ci ildən etibarən keçirilən bütün seçkilərdən sonra Xankəndi şəhərini Milli Məclisdə mərhum Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova təmsil edir. Onu da qeyd edək ki, Xankəndi şəhəri üzrə Milli Məclisə ilk dəfə 2005-ci ildə seçkilər keçirilib.

Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Xankəndi ilə yanaşı Ağdərə rayonu da bərpa edilərək öz rəsmi statusuna qovuşmalıdır: 

"Xankəndində 1988-ci ilə qədər orta hesabla 16-17 min azərbaycanlı yaşayırdı. Bunlar ermənilər tərəfindən yurd-yuvasından qovuldu, didərgin salındı və öldürüldü. Xankəndi Azərbaycan Respublikasının şəhəridir və rəsmi bir qurumda təmsil olunmalıdır. Xankəndində təkcə düşmənlər yaşamayıb, azərbaycanlılar yaşayıb və ora tarixən Qarabağ xanın kəndi olub. Ermənilər buraya sonradan gəlib. Ona görə də mən burada müvafiq bir icra struktrunun olmasını məqsədəuyğun hesab etmişəm".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az