30 Iyun
2020
08:13
1280

30
Iyun
08:13



Çin Honkonq məsələsi ilə əlaqədar ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək

Rəsmi Pekin Çinin Honkonq Xüsusi İnzibati Ərazisi ilə bağlı kobud fəaliyyətləri olan ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.

XeberOxu.Az-ın məlumatına görə,  bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyunun 29-da gündəlik mətbuat konfransında açıqlayıb. Bu, ABŞ-ın Honkonq məsələsi ilə bağlı bəzi Çin rəsmilərinə viza məhdudiyyəti ilə bağlı qərarına cavabdır. Çin tərəfi viza məhdudiyyəti tətbiq olunacaq şəxslər barədə məlumat verməyib.

Cao Licien Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf mənafelərini, o cümlədən Honkonq məsələsi ilə bağlı “Bir dövlət, iki sistem” prinsipini müdafiə etmək əzmində olduğunu bir daha bəyan edib. Bildirib ki, Honkonqda milli təhlükəsizlik qanunvericiliyi məsələsi tamamilə Çinin daxili işidir və heç bir xarici dövlətin ona müdaxilə etmək hüququ yoxdur. Çin bu məsələdə bütün xarici müdaxilələri qəti rədd edir.

Qeyd edək ki, ötən həftə ABŞ Senatında “Honkonqun muxtariyyəti aktı” qəbul olunub və bunun ardınca dövlət katibi Mayk Pompeo Vaşinqtonun Honkonqda azadlıqların pozulmasına və bölgənin muxtariyyətini sarsıtmağa məsuliyyət daşıyan Çin Kommunist Partiyasının vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.