XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Iyul
2021
21:00
682
21
Iyul
21:00



Çində şiddətli yağışlar səbəbindən ölənlərin sayı 25-ə çatıb

Çinin Henan vilayətində şiddətli yağışların törətdiyi fəsadlar səbəbindən ölənlərin sayı 25-ə, itkin düşənlərin sayı 7-yə çatıb.

 Xeberoxu.Az xəbər verir ki, bu barədə vilayət təbii fəlakətlərlə mübarizə komissiyası məlumat yayıb. Vilayətin paytaxtı Cencouda mövsüm yağışlarının miqdarı 640 millimetrə çatıb ki, bu da təxminən illik normaya yaxındır. Yerli mətbuatın “Henanda əsrin fəlakəti” adlandırdığı şiddətli yağışlar səbəbindən 200 min nəfər təxliyə edilib, ümumilikdə, 1,2 milyon nəfər zərər çəkib.

Hazırda müvafiq qurumların əməkdaşları təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Bu işlərə xeyli sayda hərbçi də cəlb olunub.

Qeyd edək ki, bir neçə gündür Henanda yağan şiddətli yağışlar səbəbindən vilayətdə ən yüksək səviyyədə xəbərdarlıq elan edilib. Binaların zirzəmilərinə və birinci mərtəbələrinə, mağazalara, restoranlara, hətta metro stansiyalarına yağıntı suları dolub. Cencouya və şəhərdən müxtəlif istiqamətlər üzrə 160 qatar, 260 təyyarə reysi ləğv edilib. Bundan başqa, şəhərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb, magistral yollar bağlanıb.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.