XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



23 Noy
2021
20:55
827
23
Noy
20:55



ÜST: "2022-ci ilin martınadək Avropada koronavirusdan ölənlərin sayı 2 milyonu ötə bilər"

İndiki tendensiyalar saxlanılarsa, 2022-ci ilin mart ayınadək Avropada COVID-19 səbəbindən ölənlərin sayı 2 milyon nəfəri ötə bilər.

Xeberoxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün regional bürosunun press-relizində bildirilir.

Təşkilatdan bildiriblər ki, hazırda COVID-19 Avropa və Mərkəzi Asiyada bir nömrəli ölüm səbəbidir.

Ekspertlər COVID-19-un sürətlə yayılmasına 3 amilin səbəb olduğunu bildirirlər. Birincisi, hazırda Avropada SARS-CoV-2 virusunun son dərəcə yoluxucu delta ştamı geniş yayılıb. İkincisi, ölkələrin çoxunda məhdudiyyətlər aradan qaldırılıb. Üçüncüsü, əhalinin çoxu hələ də peyvənd olunmayıb.

ÜST-ün hesablamalarına görə, Avropada bir milyarddan çox vaksin vurulub və hazırda əhalinin 53,5 %-i tam peyvəndlənib. Bununla belə, peyvəndləmə səviyyəsinə görə ölkələr arasında böyük fərqlər mövcuddur. Belə ki, bəzi ölkələrdə əhalinin 80%-dən çoxu peyvəndləndiyi halda, digər ölkələrdə bu göstərici 10%-dən azdır.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.