XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



12 Yan
2021
16:57
576
12
Yan
16:57



İğdır-Naxçıvan qaz kəməri üçün yaxın aylarda boru istehsalı başlayacaq

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi üzrə tenderin yaxın aylarda başa çatması gözlənilir.

XeberOxu.Az-ın məlumatına görə,  bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O bildirib ki, tenderdən dərhal sonra boruların istehsalı başlayacaq:

"Biz tikintini 12 ay ərzində başa çatdırmağı planlaşdırırıq. Bu, İğdırın strateji əhəmiyyətini artıracaq ən vacib layihələrdən biridir".

Nazir əlavə edib ki, qaz kəmərinin yolunda yerləşən yaşayış məntəqələri də gələcəkdə bu layihədən qaz ala biləcək.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb -Video







Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb







Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb -Video







Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.