Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
20:58
876

25
Iyun
20:58



İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş olub -FOTO

Azərbaycan İlahiyyat İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub.

İnstitutdan XeberOxu.az-a verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu quruculuğunun ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artırılıb, Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib və hər an düşmənə layiqli cavab vermək iqtidarındadır.

C.Məmmədov qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri onların vətənpərvər ruhda tərbiyə olunmasıdır. Bu məqsədlə, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması istiqamətində müxtəlif tədbirlər – konfranslar, “dəyirmi masa”lar, seminarlar, görüşlər həyata keçirilir.

İnstitut rəhbəri vurğulayıb ki, gənclərdə Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi, həmçinin müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda, milli-mənəvi dəyərlərin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Kamil Musəvi Aprel döyüşlərini qələbə kimi xarakterizə edərək, gəncləri daima vətənin keşiyində durmağa hazır olmağa səsləyib.

Döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər almış K.Musəvi keçdiyi döyüş yolundan söhbət açıb. Qarabağ qazisi tələbələrin diqqətinə çatdırıb ki, Vətəni sevməyin, onu qorumağın başlıca yolu dərin biliklərə yiyələnib, savadlı kadr kimi yetişməkdir.

Kamil Musəvi tələbələrin suallarına dolğun cavab verərək, onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsi üçün dəyərli tövsiyələrini bildirib.

Qeyd edək ki, Qarabağ qazisi Kamil Musəvi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə, “Vətən Naminə” və “General Həzi Aslanov” medalı ilə təltif olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az