# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
15:40
1561

22
May
15:40



İlahiyyat İnstitutunun tələbələrinə “Oruc ibadətinin hikmətləri” mövzusunda vebinar təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələrinə “Oruc ibadətinin hikmətləri” mövzusunda vebinar təşkil olunub.

Aİİ-dən  XeberOxu.Az-a verilən məlumata görə, vebinarda İnstitutun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və kafedranın müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov çıxış ediblər.

Əhməd Niyazov Ramazan ayı haqqında geniş bəhs edib, tələbələri maraqlandıran suallar haqqında ətraflı məlumat verib. O, ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından, bu ayı insanlar üçün fürsət kimi dəyərləndirib. Vurğulayıb ki, digər ibadətlərdə olduğu kimi, orucun da zahiri və batini tərəfləri mövcuddur. Ə.Niyazov Ramazan ayının təyin edilməsi ilə bağlı hilalın görünməsi, pandemiya dövrünə təsadüf edən bir vaxtda möminlərin hansı hallarda və necə oruc tutmaları, məscidlərdə ibadətə icazə verilmədiyi zaman müsəlmanların ramazanla bağlı ayinlərinin fərdi şəkildə yerinə yetirilməsi qaydaları, orucun fidyəsi, kəffarəsi, qəzası və fitrə zəkatı haqqında məsələləri izah edib.

Daha sonra çıxış edən Vüqar Səmədov İslamdan əvvəl də oruc ibadətinin bütün ilahi dinlərdə mövcud olduğunu bildirib. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu diqqətə çatdıran V.Səmədov bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd edib. O, Ramazan ayının cəmiyyətin fərdləri arasındakı əlaqənin gücləndirilməsində də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Vebinar müzakirələr və tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.