16 Noy 2019
07:00
![]() |
16
Noy 07:00
![]() Məhkəmə ekspertləri də attestasiyadan keçəcək Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir. XeberOxu.Az-ın məlumatına görə, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək. Bununla bağlı qanuna 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir. Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq: "Qanuna edilən digər dəyişikliyə əsasən isə, Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək". Qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |