Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Noy
2019
21:29
293

16
Noy
21:29



“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Muzey Mərkəzi, “Animal Care Club”un təşkilatçılığı və “Azərsun Holdinq”in dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ağacəkmə aksiyası təşkil edilib.

XeberOxu.Az-ın  məlumatına görə, həyata keçirilən sosial layihə çərçivəsində qoruq ərazisində Hirkan ağcaqayını, Alder ağacları, əncir və üzüm tingləri əkilib.

Layihənin ilk mərhələsində “Animal Care Club” təşkilatının üzvləri tullantı kağızları toplayaraq təkrar emal müəssisəsinə təhvil veriblər. İkinci mərhələdə əldə olunan vəsait hesabına ağaclar alınıb və “Azərsun Holdinq”lə “İçərişəhər” DTMQİ Muzey Mərkəzinin təşkilati dəstəyi ilə ağacəkmə aksiyası həyata keçirilib.

Hər zaman bu cür layihələrin həyata keçirilməsinə yaxından dəstək olan “Azərsun Holdinq”dən şirkətin gələcəkdə də ənənəsinə sadiq qalacağı və ətraf mühitin mühafizəsinə öz töhfəsini verəcəyi bildirilib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az