Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Sen
2019
16:21
765

14
Sen
16:21



Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana gəlir
Sentyabrın 16-da Bakıda Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası və biznes-forum keçiriləcək. 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, bununla bağlı sabah Azərbaycana Türkiyənin Vitse-prezidenti Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti gələcək.

Fuad Oktay Türkiyə tərəfdən komissiyanın həmsədridir, Azərbaycan tərəfdən isə Baş Nazir Novruz Məmmədov təyin olunub. İclasda iki ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xatırladaq ki, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük investordır. Türk şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard dollara yaxın sərmayə qoyulub. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir. Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə Türkiyə birinci yeri tutur. İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard dollar ötüb. Qeyd edək ki, hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. 

2018-ci ildə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi 3,4 milyard dollar, 2019-cu ilin ilk 7 ayı ərzində isə 2,3 milyard dollar təşkil edib. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 

Qeyd edək ki, ötən il Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu imzalanıb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki,  hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq. 

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon dollar məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az