Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
20:24
660

16
Sen
20:24



Körpünün altından keçmək istədi, ilişib qaldı - VİDEO
Hadisə Gəncədə yerləşən dəmiryol körpüsünün aldtından keçən yolda baş veribYük avtomobili körpünün altından keçən zaman orada ilişərək qalıb.Hadisənin baş verməsi isə yolda bir neçə saat hərəkətin dayanmasına səbəb olub.Xeberoxu.Az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, hadisə Gəncədə yerləşən dəmiryol körpüsünün aldtından keçən yolda baş verib. Yoldan istifadə edən sürücülərin sözlərinə görə, yük avtomobilinin sürücüsü körpünün altından keçən zaman körpünün yaxınlığında qoyulan yol nişanına əhəmiyyət verməyib. Bəzi sürücülər iddia edir ki, körpünün altında olan yola asfalt örtüyü vurulandan sonra nişanda göstərilən hündürlüklə yolda olan hündürlük arasında fərq ortaya çıxıb. Ancaq körpünün hündürlüyü ilə bağlı iddia özünü doğrultmadı. Körpünün hündürlüyünü ölçən zaman girişdə hündürlüyün 3.7 metr, çıxışda isə 3.4 metr olduğu məlum oldu. Nişanda isə bu rəqəm daha az 3 metr göstərilib ki, bu da riski azaltmağa xidmət edir. Gəncə Dövlət Yol Polisi şöbəsinin əməkdaşı Elşad Məmmədov isə deyir ki, sürücülər nişanlara diqqət yetirsə belə hallar meydana çıxmaz. Bəzi sürücülər isə idarə etdikləri yük maşınlarının hündürlüyünü nəzərə alaraq alternativ yoldan istifadə edirlər.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az