02 Dek 2019
18:58
![]() |
02
Dek 18:58
![]() İncəsənət Gimnaziyasının şagirdlərinin növbəti uğuru Moskva şəhərində Vladimir Spivakov Fondu tərəfindən XVI “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalı keçirilib. XeberOxu.Az-ın məlumatına görə, festivalda dünyanın 36 ölkəsindən gənc istedadlar Moskva şəhərinin müxtəlif konsert salonlarında maraqlı musiqi proqramları ilə çıxış edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də festivalda ölkəmizi layiqıncə təmsil ediblər. Beynəlxalq Musiqi Evinin Svetlanov zalında reallaşan festivalın açılış mərasimində konsert proqramı ilə yanaşı, gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb. İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Mədina Həmzətova və Fərəh Kərimovanın rəsmləri təşkilatçılar tərəfindən seçilərək sərgidə nümayış edilib. Dövlət Akademik Böyük Teatrının Bethoven zalında respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyev bəstəkar Həsən Rzayevin “Çahargah” rapsodiyasını böyük məharətlə səsləndirib. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə
“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”
Deputat oğlunun həbs müddəti uzadıldı
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |