22 Fev 2021
00:15
![]() |
22
Fev 00:15
![]() "İnter" səfərdə "Milan"ı darmadağın etdi Bu gün futbol üzrə İtaliya çempionatının 23-cü turu çərçivəsində "Milan" "İnter"i qəbul edib. XeberOxu.Az-ın məlumatına görə, oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Lautaro Martines (5-ci və 57-ci dəqiqələr) və Romelu Lukaku (66-cı dəqiqə) vurublar. Xatırladaq ki, son dəfə "İnter" "Milan" üzərində 2009-cu ildə böyükhesablı qələbə qazanıb (4:0). Turnir cədvəlində liderlik edən "İnter" xallarının sayını 53-ə çatdırıb, "Milan" isə 49 xalla ikinci pillədə qalıb. Qeyd edək ki, növbəti turda "İnter" öz meydanında "Cenoa"nı qəbul edəcək, "Milan" isə səfərdə "Roma" ilə qarşılaşacaq. Oyunlar fevralın 28-i keçiriləcək. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Hacıqabulda istixana yandı
|