12 Yan 2021
18:18
![]() |
12
Yan 18:18
![]() İranda bir gündə 6,4 min nəfər koronavirusa yoluxub, 98 nəfər ölüb İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb. XeberOxu.Az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 360 nəfərə çatıb. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 408 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 299 022 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 507 nəfərin vəziyyəti ağırdır. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 088 456 nəfər koronavirusdan sağalıb. İranda indiyədək 8,26 milyondan çox diaqnoz testi həyata keçirilib. Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb -Video
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb -Video
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
|