Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
17:28
954

08
Iyul
17:28



İrandan Azərbaycana psixotrop maddələr keçirən şəxs saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən XeberOxu.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağına geyindiyi qəhvəyi rəngli ayaqqabının hər tayının altlığı kəsilərək həmin hissəyə yerləşdirilən şəffaf rəngli sellofona bükülü 2 ədəd bağlamada təqribi çəkisi 380 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 5 ədəd bükümdə isə qəhvəyi rəngli, üzərində "M40" nişanəsi olan 43 ədəd bütöv, 6 ədəd isə parçalar halında olan "metadon" həbləri aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az