14 Fev
2020
14:21
738

14
Fev
14:21



İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər.

Xeberoxu.az-ın məlumatına görə, bu fikirləri Rusiya-İran Müştərək Ticarət Palatasının prezidenti səsləndirib. Hazırda müəssisədə 300-ə yaxın adam çalışır. Əgər məhsul daşınması sürəti artarsa, 2020-ci ilin sonunadək 1 milyon tonadək yük daşınması həyata keçirilə bilər.

Qeyd edək ki, İrandan Həştərxana məhsul Yaşıl gömrük dəhlizi vasitəsilə çatdırılır. Məhsula baxış və sənədlərin qeydiyyatı bir gündən az çəkir. Bu isə rekord göstəricidir və ölkənin heç bir yerində yoxdur. Sahibkarlar üçün bu marşrut vasitəsilə məhsulların daşınması da sərfəli və rahatdır. Çünki sahibkarlar bu hab vasitəsilə yüklərini daşıyarkən daha az - təxminən 2 dəfə az vəsait sərf edirlər. Bu isə alıcıya satılan məhsulun qiymətini də sərfəli edir.

Məlumat üçün qeyd edək ki, Həştərxana gətirilən məhsullar, meyvə-tərəvəz, düyü Rusiyanın Avropa hissəsinin şəhərlərinə göndərilir. KDY logistik şirkətinin rəhbəri Qalib Məmmədov bildirib ki, təkcə İrandan hər gün 15-20 vaqon bu mərkəzə məhsul daşıyır. Amma gələcəkdə İrandan Rusiyaya tranzitlə gələn 170 maşının hamısını əhatə etməyə çalışacağıq. İrandan Azərbaycan və Dağıstandan keçməklə 4 saat ərzində məhsullar Həştərxana çatır ki, bu da sözügedən habı Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevirir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.