Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
13:07
408

10
Okt
13:07



İraqda üç günlük matəm elan edildi

İraqın baş naziri Adel Abd əl-Mehdi ölkədə nümayişlərin ikinci həftəsində şəhid olanlar üçün üç günlük matəm elan edib.

XeberOxu.Az-ın məlumatına görə, ölən nümayişçilər və təhlükəsizlik işçiləri üçün matəm cümə axşamından şənbə gününə qədər davam edəcək. Nümayişçilərlə təhlükəsizlik rəsmiləri arasında şiddətli qarşıdurmaların müşayiət olunduğu etiraz aksiyalarına oktyabrın biri Bağdadda başlayıb və təkcə paytaxtı deyil eləcədə ölkənin cənubundakı bir neçə əyaləti - Nəcəf, Maysan, Zi-Kar, Babil, Vasit və Kadiziyanı da əhatə edib.

Qeyd edək ki, nümayişçilər hökumətin istefasını, habelə yaşayış şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həllini və korrupsiyaya qarşı mübarizəni tələb edirlər.

Hazırda Səhiyyə Nazirliyinin məlumatına görə, nümayişçilər və polis də daxil olmaqla 165 nəfər ölüb, altı mindən çox insan yaralanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az