Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



18 Okt
2020
02:00
3331
18
Okt
02:00



İtaliya KİV-ləri Ermənistanın Gəncəyə növbəti raket hücumu barədə yazıb

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “İl Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Kmetro0”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və digər mətbuat orqanları Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə son raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı açıqlamasını dərc edib.

XeberOxu.Az-ın məlumatına görə,  Azərbaycan səfiri İtaliya hökumətini, parlament üzvlərini, siyasi partiyaları, kütləvi informasiya vasitələrini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və mülki azərbaycanlı əhaliyə törətdiyi müharibə cinayətlərinə biganə qalmamağa çağırıb. Diplomat qeyd edib ki, erməni tərəfinin yalanlarına inananlar, işğalçının iddialarını kor-koranə dəstəkləyənlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə ağır artilleriya silahları, raketlərin istifadəsi ilə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən nəticə çıxarmalıdılar. M.Əhmədzadə qeyd edib ki, sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları nəticəsində 60 mülki azərbaycanlı qətlə yetirilib, 270 nəfərdən çox mülki şəxs yaralanıb.

Səfir, həmçinin vurğulayıb: “Qərəzlilik yetər! İkili standartlar yetər! Məsələyə ideoloji don geyindirmək yetər! “Xristian ermənilər” və “müsəlman azərbaycanlılar” kimi bölünmə yetər! Nəhayət, anlamaq lazımdır ki, bu münaqişənin din ilə heç bir əlaqəsi yoxdur! Anlamaq lazımdır ki, Ermənistan sülh istəmir! Anlamaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyir. Anlamaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qovduğu 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını istəmir. Buna nail olmaq üçün də Ermənistan Azərbaycana qarşı yalan və saxtakarlıqlarla dolu propaqanda aparır”.

Diplomat açıqlamasını bu fikirlərlə yekunlaşdırıb: “Əgər doğurdan da Ermənistan sülh istəyirsə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır. Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bölgədə sülhə əsas təhdiddir”.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.