Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
12:04
897

13
Iyul
12:04



Şəhriyar Məmmədyarov Riqada Daniel Dubovla heç-heçə edib

Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində ilk partiyanın oyunları başa çatıb.

XeberOxu.az xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla oyunu heç-heçə başa çatıb.

İlk partiyada digər iştirakçılar - Sergey Karyakin (Rusiya), Aniş Giri (Hollandiya), Hikaru Nakamura (ABŞ) Veselin Topalov (Bolqarıstan), Pyotr Svidler (Rusiya) Kriştof Duda (Polşa), Uesli So (ABŞ) Pentala Harikrişna (Hindistan), Aleksandr Qrişuk Nikita Vityuqov (hər ikisi Rusiya) ilə “sülh” bağlayıblar. Maksim Vaşe-Laqrav (Fransa) isə David Navaranı (Çexiya) məğlub edib.

İyulun 13-də cavab oyunları keçiriləcək. Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yarışda göstərilən nəticələrə görə şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az