Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
16:54
936

08
Iyul
16:54



Şəki-Zaqatala regionunda tütün istehsalçıları ilə görüşlər keçirilib

Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə edilməsinə səbəb olub. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının mövcud olması aqrar sahənin daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” uyğun olaraq ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi gücləndirilib, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalına marağın artırılması təmin edilib, nəticədə məhsul istehsalı və ixracında dinamik inkişafa nail olunub, eləcə də tütün və tütün məmulatı məhsullarının istehsalı üzrə müasir infrastrukturlar yaradılıb.

Tütün tədarükü mövsümünün başlanılması ilə əlaqədar mövcud vəziyyətlə tanış olmaq məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, törəmə müəssisə olan “Azərtütün ASK” MMC-nin məsul şəxslərinin iştirakı ilə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün istehsalı ilə məşğul olan fermerlərlə görüşlər keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən XeberOxu.az-a verilən məlumata görə, görüşdə fermerlərin tütün istehsalı ilə əlaqədar qarşılaşdıqları problemlər, ehtiyaclar ümumiyyətlə mövcud vəziyyət barədə fikirləri dinlənilib. Qeyd olunub ki, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlib.

Fermerlər məhsul istehsalı ilə əlaqədar onlara verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütünün qəbul qiymətinin və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş tütünə görə tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılmasını xahiş ediblər.

“Azərtütün ASK” MMC-də tədarüklə bağlı təsərrüfat fəaliyyətinin təşkili və maddi-texniki bazanın mövcud vəziyyəti də nümayiş etdirilib. Görüşlər çərçivəsində “Azərtütün ASK” MMC ilə tütün istehsal edən sahibkarlar arasında işgüzar əlaqələrin daha sıx təşkil edilməsi, operativliyin təmin olunması, qərarların çevik qəbul edilməsi və tütün istehsalçılarının maraqlarını əks etdirməsi məqsədi ilə hər bir rayonda 5 nəfər fermerin cəlb edilməsi ilə məşvərət şuralarının yaradılması qərara alınıb.

Cari mövsümdə “Azərütütün ASK” MMC-nin mütəxəssisləri tərəfindən tütün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə yerindəcə lazımi metodiki tövsiyyələr və məsləhətlər verilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az