28 Fev 2021
23:26
![]() |
28
Fev 23:26
![]() “Meyvəli” bazarındakı yanğın söndürülüb – YENİLƏNİB+VİDEO Bakının Qaradağ rayonu ərazisindəki “Meyvəli” Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb. Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib. Onun sözlərinə görə, ticarət mərkəzindəki köşklərdən birində baş verən yanğın kiçikhəcmli olub və yanğından mühafizə xidmətinin bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 21:51 Xəbərə video əlavə olunub. 21:16 Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın olub. “Report”un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb. Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür. Yanğının miqyası və təfərrüatı barədə məlumat veriləcək. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var
Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı
Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO
Əri onu döydü deyə intihar etdi
|