01 Mart 2021
17:16
![]() |
01
Mart 17:16
![]() Zərdabda arvadını öldürməkdə şübhəli bilinən kişi tutuldu - YENİLƏNİB + RƏSMİ Zərdab rayon prokurorluğu Zərdabdakı qətllə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, martın 1-də saat 10 radələrində Zərdab rayon ərazisində 1968-ci il təvəllüdlü İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 14:03 Zərdabda kişi arvadını qətlə yetirib. APA xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var
Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı
Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO
Əri onu döydü deyə intihar etdi
|