XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
17:50
663
01
Mart
17:50



“Yeni Şafaq” Qarabağdan REPORTAJ hazırladı: İşğalın izləri silinir

Erməni işğalından azad edilmiş Dağlıq Qarabağ 29 illik müharibənin izlərini silmək üçün yenidən inşaat meydanına çevrilib. Vətən həsrətində yanan azərbaycanlıların geri dönməsi üçün işlər sürətlənib. Mina təmizlənməsi davam edərkən bölgədə elektrik xətləri çəkilir və yollar inşa edilir.

Bu barədə Türkiyənin “Yeni Şafaq” saytının Qarabağdan hazırladığı reportajda bildirilir.  

Məqalədə bildirilir ki, Türkiyə demək olar ki, hər bir inşaat sahəsində Azərbaycanı podratçı firmalar və mühəndislərlə dəstəkləyir.“1992-1994-cü illər arasında Füzulidə baş verən faciə insanları soyuq bir külək kimi vurub. Evlər yandırılıb, qəbiristanlıqlar talan edilib və Füzuli kimsəsiz əraziyə çevrilib. Qarabağın məşhur üzüm bağları quruyub, torpaq həyat həsrətindədir. İllərin bu səssizliyini inşaat maşınları pozdu”.

Nəşrdə ən intensiv işlərin Füzuli Beynəlxalq Hava Limanının tikinti sahəsində aparıldığı vurğulanıb:

“Avqust ayının sonunda uçuşa açılması planlaşdırılan hava limanı bölgəni turistik-mədəni turlar və lojistik nəqliyyatla inkişaf etdirəcək əhəmiyyətli bir layihədir. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev 30 ildən çoxdur mülki aviasiya üçün qapalı olan hava məkanını beynəlxalq uçuşlara açacaqlarını bildirib. Quliyev, “Baş podratçı “Azvirt” firması, ikinci podratçı Türkiyə şirkəti ola bilər. Bu, böyük layihədir və Türkiyə şirkətləri ilə yaxından işləyirik”, - deyib. Quliyev bölgədəki digər hava limanı layihələrinin gündəmdə ola biləcəyini qeyd edib. “Azvirt”in Layihə Meneceri Bülent Mersinli şirkətlərinin uçuş-enmə zolaqları hazırladıqlarını və hava limanının inşası üçün Türkiyə şirkətlərinin dəvət ediləcəyini bildirib”.

Məqalədə yollarda və körpülərdə qızğın iş getdiyi deyilir:

“Layihələrin ən vacibi Füzulidən Xocavənd sərhədinə və oradan Şuşaya qədər uzanan “Zəfər Yolu”dur. Bu yolu əhəmiyyətli edən Azərbaycan ordusunun şəhid verərək erməniləri dəf etdiyi, Şuşaya doğru irəlilədiyi və qələbəyə çatdığı yolun üzərində olmasıdır. Azərbaycanlılar bu yolun hər qarışında şəhid qanı olduğunu söyləyirlər. Planlaşdırılan 102 km yolun yanında, 84 km uzunluğunda daha bir magistral yol inşa ediləcək. Azərbaycan şirkətləri “Zəfər Yolu”nu və magistral yolun yarısını, Türkiyə şirkətləri isə körpülər və tunellər tələb olunan hissəsini hazırlayır. “Zəfər Yolu”nun avqust ayında, magistral yolun 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.

Reportajda qeyd olunur ki, Qarabağda tikinti işlərində prioritet məsələ elektrik xətləridir:

“Elektrik xətlərinin çəkilişi ilin sonuna kimi tamamlanacaq. Füzulidən Şuşaya gedən marşrutda “Azərenerji” Şükürbəylidən yüksəkgərginlikli yeni hava elektrik xətti çəkir. “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi Teymur Abdullayev,  Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılacağını, külək və günəş elektrik stansiyalarının tikiləcəyini, layihə başa çatdıqda artıq Qarabağa 6-7 alternativ enerji mənbələri təklif ediləcəyini deyib”.

Reportajda regionun minalanmış ərazilərdən təmizləndiyi vurğulanıb.

“Füzulidə demək olar ki, hər yer minalanmışdır. Füzuli-Şuşa marşrutu tələlərlə doludur. Hər 30 santimetrdən bir dağınıq minalar döşənib. 34 km-lik xəttin 8 aya təmizlənməsi planlaşdırılır”.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.