01 Mart 2021
18:02
![]() |
01
Mart 18:02
![]() Məhkəmə Sarkozini günahkar hesab etdi Fransa məhkəməsi ölkənin eks-prezidenti Nikola Sarkozini korrupsiyada günahkar hesab edib. BBC xəbər verir ki, Sarkozini 10 ilə qədər həbs və milyonluq cərimə gözləyir. O, ittihamları rədd edir və siyasi opponentlər tərəfindən təqib edildiyini deyir. Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib. O, “L'Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir. Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror - red.) Monakoda prestijli bir iş təklif etdiyini iddia edir. 2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var
Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı
Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO
Əri onu döydü deyə intihar etdi
|