XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
19:16
726
01
Mart
19:16



Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş fransız jurnalist Sebastyan Bussuanın “Journal General de l'Europe” portalında növbəti məqaləsi dərc edilib.

 XeberOxu.Az xəbər verir ki, məqalədə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunur. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən doğma evlərindən didərgin salınmış 800 min azərbaycanlı məcburi köçkün səbirsizliklə qayıdış gününü gözləyir.

Jurnalist Qarabağda müharibədən əvvəlki vəziyyətin bərpa ediləcəyini, yenidənqurma işlərinin aparılacağını, infrastrukturun qurulacağını, yaşayış binalarının tikiləcəyini, bu ərazilərin turizm məkanı olacağını, lakin bütün bunların zaman tələb etdiyini bildirir. “Qarabağ hər şeydən əvvəl təbii cənnətdir və qorunub saxlanılmalıdır. Niyə o, böyük təbiət qoruğu, sülhün rəmzi olmasın?”, - deyə müəllif qeyd edir.

Məqalədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılmasının əhəmiyyətinə də toxunulur. Bildirilir ki, həmin dəhlizdən bu gün böyük ehtiyac içində olan Ermənistan da bəhrələnə bilər. Məğlubiyyətə uğrayan, yoxsulluğa qərq olan Ermənistan üçün də bu dəhliz vacibdir. Uzun müddət münaqişə şəraitində olan iki ölkənin barışığı iqtisadi əməkdaşlıqdan da asılıdır.

Jurnalist yazır ki, Ermənistan Qarabağda iqtisadi cəhətdən heç nə etməyib, heç bir sərmayə yatırmayıb, yalnız hər şeyi dağıdıb və məhv edib. Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər. Bu gün Azərbaycan bütün regionu canlandıra bilər. Azərbaycan bölgəni mühüm turizm, iqtisadi və mədəni cəlbedicilik qütbünə çevirmək gücünə malikdir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.