XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
19:26
710
01
Mart
19:26



İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb

İspandilli mətbuat - İspaniyanın “EFE” agentliyi, “El diario” qəzeti, Dominikan Respublikasının “Diario Libre” qəzeti, eləcə də Türkiyənin Anadolu, Çinin Sunxua agentliklərinin ispan dilində olan versiyaları Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ilə bağlı informasiyalar dərc ediblər.

XeberOxu.Az-ın məlumatına görə,  informasiyalarda xüsusilə dövlətimizin başçısının İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, hazırda Ermənistanda gedən proseslərlə bağlı fikirlərinə yer verilib: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir... Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”.

KİV-lər dövlətimizin başçısının döyüş əməliyyatları başa çatandan dərhal sonra pozucu təxribat-partizan fəaliyyəti cəhdlərinin olması, bu məsələnin, eləcə də dinc vətəndaşların qayıtması məsələsinin necə həll edilməsi ilə bağlı suala cavabından fikirləri də təqdim edib: “Biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır”.

İnformasiyalarda, həmçinin Prezident İlham Əliyevin “Əgər hər şey bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir” sözləri yer alıb.

Bundan başqa, informasiyalarda 44 günlük Vətən müharibəsindən də bəhs edilib. Azərbaycan Prezidentinə istinadla Dağlıq Qarabağa status verilməsinin heç bir müzakirə obyekti ola bilməyəcəyi qeyd edilib və bu kimi söhbətlərin sülhün bərqərar olmasına əngəl törədə biləcəyi fikri diqqətə çatdırılıb.

Çinin Sunxua agentliyinin ispandilli versiyası Prezident İlham Əliyevin vaksin mövzusundakı fikirlərinə geniş yer verib. Agentlik Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim edib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.