01 Mart 2021
22:45
![]() |
01
Mart 22:45
![]() Gürcüstan tələb olunan meyarlara cavab vermədiyi üçün "Pfizer" peyvəndini ala bilməyib “Gürcüstan tələb olunan meyarlara cavab vermədiyi üçün “Pfizer” peyvəndini fevral ayında ala bilməyib”. XeberOxu.Az-ın məlumatına görə, bu barədə COVAX platforması məlumat yayıb. Məlumatda deyilir ki, platformanın yaydığı bəyanatda tələb olunan meyarlara cavab verən ölkələrə vaksinin tez göndərilməsi təmin olunub. Lakin Gürcüstan tələb olunan meyarlara cavab vermədiyi üçün onun vaksin almasında gecikmə yaranıb. “İlk vaksinin göndərilməsi haqqında əlavə məlumatlar yaxın günlərdə bütün iştirakçılara çatdırılacaq, həmçinin onlayn olaraq da dərc olunacaq”, - deyə məlumatda qeyd olunub. Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya isə deyib ki, hökumət COVAX platforması və “Pfizer” şirkəti ilə danışıqlar aparır. Artıq hökumət bütün tələbləri və şərtləri yerinə yetirib. İndi biz “Pfizer”dən cavab gözləyirik. Xatırladaq ki, keçmiş Baş nazir Giorgi Qaxariya peyvənd prosesinin fevral ayının ortalarında başlayacağını elan etmişdir, lakin bu günə qədər peyvənd tətbiq edilməyib. Artıq dünyanın 100-dən çox ölkəsində peyvəndləmə işləri aparılsa da, Gürcüstanda peyvəndin başlanacağı dəqiq tarix hələ ki, məlum deyil. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var
Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı
Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO
Əri onu döydü deyə intihar etdi
|