Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
14:13
6372
17
Okt
14:13



Şuşa və Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil - Birinci vitse-prezidentin köməkçisi

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın TV9 telekanalının canlı efirində Hindistan ictimaiyyətini Gəncə şəhərinə raket zərbəsi endirmiş Ermənistan rəhbərliyinin növbəti hərbi cinayəti barədə məlumatlandırıb.

XeberOxu.Az-ın məlumatına görə, E.Əmirbəyov bildirib ki, "Elbrus" və "Toçka U" raket zərbələri nəticəində 13 dinc sakin, o cümlədən iki uşaq həlak olub, 40-dan çox sakin yaralanıb:

"Özü özünü küncə sıxışdırmış Yerevandakı cinayətkar rejim öz işğalçı ordusunun döyüş meydanında məruz qaldığı ardıcıl məğlubiyyətlər qarşısında növbəti dəfə yatmış dinc sakinlərə əl qaldırdı və bununla da öz uğursuz hərbi avantürasını günahsız mülki əhaliyə hücumla ört-basdır etmək istədi".

Bu hücumun Gəncəyə və digər iri şəhər olan Mingəçevirə dördüncü raket hücumu olduğunu deyən Birinci vitse-prezidentin köməkçisi bildirib ki, bu, Ermənistan rəhbərliyinin çarəsizliyinin sübutudur:

"Münaqişənin dinc yolla tənzimlənməsini qəbul etməyən və humanitar atəşkəs haqqında Moskva razılaşmasını kobud şəkildə pozan Ermənistan növbəti dəfə dünya ictimaiyyətinə qarşı çıxır. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT Minsk qrupu həmsədrlərinin bəşəriyyətə qarşı cinayət olan bu raket hücumları ilə bağlı sərt reaksiyasına ümid edirik".

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və əhalisinin təhlükəsizliyinin təmin edilməsi hüququna malikdir və ağlını itirmiş düşməni özünə gətirmək, gələcəkdə bu cür qeyri-insani əməllərin qarşısını almaq üçün, o cümlədən harada yerləşməsindən asılı olmayaraq düşmənin legitim hərbi hədəflərinin məhv edilməsi vasitəsilə qarşısını almaq üçün bütün zəruri addımları atır.

O, Hindistan auditoriyasını məlumatlandırıb ki, Azərbaycan ordusunun davam edən qələbə yürüşü nəticəsində bu gün 27 il işğal altında qalmış Füzul şəhəri və yeddi ətraf kənd azad edilib:

"Azərbaycan ərazilərinin erməni işğalından azad ediləcəyi və Şuşa ilə Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov







Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər







Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir







Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.