Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



27 Okt
2019
17:47
810

27
Okt
17:47



Audi bayraqdarları daha güclü və "yaşıl" olublar

Audi şirkəti Q5 və A7 Sportback modellərinin qoşulan hibrid modifikasiyalarını təqdim etdikdən sonra, PHEV ailəsini genişləndirməyə qərar verib. Bu dəfə elektrikləşmə növbəsi bayraqdar A8 sedanına və Q7 krossoverinə gəlib çatıb. Zahiri cəhətdən qoşulan hibridlər yüngül şəkildə təkmilləşdirilmiş bamperlər və altında yükləmə nöqtəsi yerləşən əlavə qapaq sayəsində tanımaq olar.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, qoşulan hibridlərin interyerində hibridlərə xas olan məlumatı əks etdirən yenilənmiş cihazlar panelini və güc qurğusunu elektriklə qidalanmaya çevirən düyməni görmək olar. Yeri gəlmişkən 60 TFSI e indeksinə sahib olmuş hər iki model elektrik ötürməsi ilə 40 km qət etmək imkanına malikdirlər.

Audi Q7 60 TFSI e və Audi A8 L 60 TFSI e modellərinin güc aqreqatının tərkibinə 3,0-litrlik V6 mühərriki və benzin aqreqatı ilə transmissiyasının arasında yerləşən elektromotor daxildir. Hibrid qurğunun hasilatı 450 at qüvvəsi və 700 Nm fırlanma anıdır. Səkkiz diapazonlu avtomatik qutu və     quattro ötürmə sistemi ilə təchiz edilmiş modellər 100 km/saat həddini 6,0 saniyəyə toplayırlar. Bəyan edilmiş maksimal sürət həddi 241 km/saatdır.

Maye ilə soyudulan akkumulyator batareyası hər iki halda baqaj bölümünün döşəməsinin altında yerləşir. Q7 modeli 17,3 kVs, A8 isə 14,1 kVs-lıq batareya ilə təchiz edilir.

Hər iki qoşulan hibridin satışlarına yaxın zamanlarda start veriləcəkdir. Hibrid qurğuya malik olan A8 sedanını standart və uzunbazalı variantda sifariş etmək olar.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az