Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



29 Okt
2019
02:04
726

29
Okt
02:04



ABŞ-dan olan elektromobillər Azərbaycanda. Almağa dəyərmi və lazımdırmı?

Müasir avtomobil aləmi klassik yanacaqsız ötüşməyi öyrənmişdir. Hal-hazırda, hətta hibridlər də durmadan inkişaf etməkdə olan elektromobillər bazarına tərəf ehtiyatla baxırlar. Amerika Birləşmiş Ştatları, Yaponiya, Qərbi Avropa ölkələri və hətta Çin də elektriklə işləyən maşınlardan istifadə üçün təkcə əlverişli şərtlər yaratmaqla yox, həm də dotasiyalara, preferensiyalara əsirgəmədən, keçib elektrokara əyləşmək qərarı verənlər üçün əlverişli şərtlər təklif edərək, amma qanunvericilik səviyyəsində öz şəxsi nəqliyyat vasitələrinin elektrikləşdirilməsini hər vəchlə irəlilədərək, elektromobillər üçün  infrastrukturu ucdantutma inkişaf etdirməkdədirlər. Amma Azərbaycanın bu məsələdə mövqeyinin nədən ibarət olduğunu və ölkənin elektromobillərə nə dərəcədə hazır olduğunu bilmək maraqlı olardı. Gəlin AuctionAuto şirkətinin mütəxəssisləri ilə bu məsələnin məğzinə varmağa çalışaq.

Azərbaycan elektromobillərə hazırdırmı?

Təəssüflər olsun ki, ölkəmiz elektromobillərə doğru həddən artıq ləng hərəkət edir. Bu mənada, Gürcüstan və Ukrayna kimi ölkələr hal-hazırda bizdən daha çox irəli gediblər. SOCAR-ın şəbəkəsində,habelə bir sıra ticarət mərkəzlərinin parklama yerlərində quraşdırılmış doldurucu stansiyaların artıq mövcud olduğu Bakıda elektrik mühərrikli maşında az-çox hərəkət etmək mümkündür. Amma əyalətlərdən söhbət açarıqsa, o zaman elektromobillər üçün burada infrastrukturun tamamilə olmadığını qeyd etmək olar.

Perspektivlər barədə fikir söyləməyə gəlincə,  heç olmazsa, əsas yol şəbəkələri boyunca doldurucu stansiyalar şəbəkəsini fəal surətdə inkişaf etdirmək Azərbaycan üçün vacibdir. Təəssüflə qeyd etməliyik ki, hal-hazırda bir qədər uzaq şəhərlər barədə hələ danışmasaq, Bakıdan Lənkərana gedib çatmaq mümkünsüz olacaq.

Elektromobil Bakıda

Lakin paytaxt sakinləri üçün hər halda asandır. Hər şeydən öncə Bakıda avtomobilləri doldurmaq üçün nöqtələr var. Paytaxt şəhərində belə bir nəqliyyatın az olduğunu nəzərə alaraq, problemlərin biri-birinin ardınca baş verməsi ehtimalının az olduğunu söyləmək olar. Burada şəhər nəqliyyatı elektromobillərin sayının artacağı və elektrikdoldurucu stansiyalara olan tələbatın arta biləcəyi məqamı nəzərdən qaçırmamalıdır. Amma Bakıda elektromobillərin sayının bir neçə səbəbdən daha çox olacağı birmənalıdır.

 

Nə üçün elektromobil almağa dəyər.

Birinci səbəb aydındır -qənaət. Elektromobil həqiqətən də, hətta ən kiçik azlitrajlı avtomobildən də belə əlverişlidir. Yanacaq istənilən halda elektrik enerjisindən bahadır. Araşdırmalara görə, dünyada ən populyar olan Nissan Leaf elektrokarınıgündəlik olaraq işə və mağazalara gedib-gəlmək üçün istifadə olunan 2.0-litrlik benzin avtomobili ilə müqayisə edəriksə o, ildə təkcə yanacağa 7000 dollara yaxın qənaət edər.

İKinci səbəb- ucuz texniki qulluq. Yanacağın baha olmasından əlavə, elektromobil həm də çoxsaylı texniki mayelərsiz ötüşə bilər, ona közərmə şamları, çoxsaylı süzgəclər və vaxtaşırı dəyişdirilməsi tələb olunan bu və ya digər xırda-xuruşlar lazım olmayacaqdır. Bəli, həqiqətən də, elektromobil texniki baxımdan öz yanacaq “yoldaş”ından olduqca sadədir, çünki onda mürəkkəb mexaniki, yəni hər an sıradan çıxa bilən mühərrik kimi mürəkkəb hissələrə malik deyildir. Elektromobilin ən mühüm və ən bahalı hissəsi onun batareyasıdır. Lakin onu, daxili yanma mühərriki ilə müqayisədə dəyişmək olduqca sadədir və adi mühərrikdən çox da baha deyildir. Aparılan araşdırmalara görə, elektromobillərə illik texniki xidmət daxili yanma mühərriklərdə olduğundan 5000 dollar ucuz başa gəlir.

ABŞ-dan elektromobili necə almalı?

ABŞ-dan elektromobil almaq üçün AuctionAuto şirkətinə müraciət edin. Həmin şirkət Amerikanın hərraclarında avtomobillərin seçimi ilə bağlı böyük təcrübəyə malikdir, çünki o, yerli müştərilərin sifarişlərini təmin edərək, Ukraynada və Gürcüstanda əla məktəb keçmişdir. Yeri gəlmişkən, Ukrayna 2018-ci ildə Avropada elektromobillərin satış sayına görə üçüncü, infrastrukturun inkişaf tempinə görə isə beşinci yeri tuturdu. Gürcüstan bu göstəriciləri əhalisinin sayının və ərazisinin ölçülərinin az olması səbəbindən təmin edə bilməmişdir. Bu ölkələr sırasından sifarişçilərin elektromobillərlə təminatı sahəsində ixracat üzrə ən yaxşı nəticələr göstərməklə məhz AuctionAuto şirkəti oynamışdır. Siz ABŞ-dan olan elektromobillər barədə buradan daha ətraflı məlumat əldə edə bilərsiniz.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az