Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Okt
2019
09:47
462

31
Okt
09:47



Ölümündən sonra ən çox qazanan məşhurlar açıqlandı

“Forbes” jurnalı vəfat etdikdən sonra qazanmağa davam edən məşhurların yeni siyahısını hazırlayıb. XeberOxu.Az-ın “Lenta.ru”ya istinadən məlumatına görə, həmin siyahıda artıq yeddi ildir ki, birinci yeri müğənni Maykl Cekson tutur.

Vəfat etdiyi il (2009) pop musiqisinin kralı 60 milyon dollar qazanmışdı. Onun mahnılarının dinlənmə sayı da artıb – 2019-cu ildə ABŞ-da 2,1 milyard, 2018-ci ildə isə 1,8 milyard.

İkinci yerdə 39 milyon dollarla Elvis Presli, üçüncü yerdə isə 38 milyon dollar gəlirlə rəssam Çarlz Şults qərarlaşıb.

İlk beşlikdə, həmçinin, “MasterCard” və “Rolex”lə əməkdaşlığı əsasında qazanan qolfçu Arnold Palmer və adı altında qulaqcıq, dinamik və pleyerlər satılan müğənni Bob Marli yer alıb.  

“Beatles”in üzvü Con Lennon 14 milyon dollar gəlirlə yeddinci yerdə qalıb. Onun ardınca 1 milyon fərqlə Merilin Monro gəlir. Daha bir “bitl” Cordc Harrison 9 milyon dollar gəlirlə 13-cü yerdə qərarlaşıb.

Dinlənilmə sayına görə bütün vəfat edən məşhurları qabaqlayan isə 2018-ci ildə dünyasını dəyişən reper XXXTentation olub. 11-ci yeri tutan reperin qazancı 10 milyon dollar olub. Təkcə ABŞ-da Cesey Onfroyun (əsl adı) 5,6 milyard dəfə dinlənilib.

Materialda qeyd edilir ki, 2019-cu ilin reytinqdə yer alan 13 iştirakçıdan 9-u musiqiçidir. Ötən il onların sayı altı idi.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az