Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Okt
2019
11:11
492

31
Okt
11:11



Azərbaycana mahnı həsr etməklə ilkə imza atdı

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakı Konqres Mərkəzində solo konsert verib.

XeberOxu.Az-ın məlumatına gröə, “Çvet nastroyeniya siniy” adlı musiqili gecə üçün xüsusi dekorasiya qurulub, yeni texniki avadanlıqlar və səhnə tərtibatı qurulub. Bunun üçün Moskvadan 7 TIR avadanlıq gətirilib.

Üç saatlıq tədbir Kirkorovun yaradıcılıq illərində lentə alınan fotolarının təqdimatı və rəqqasların maraqlı şousu ilə başlayıb. O, iki mahnısını remiks formasında təqdim etdikdən sonra tamaşaçıları Azərbaycan dilində salamlayıb. Bu da zalda əyləşənlərin alqışı ilə nəticələnib.

Kirkorov ard-arda yeni və köhnə hitlərini səsləndirməyə başlayıb. O, səhnədə 5-dən artıq geyimdən istifadə edib. Bundan əlavə, onu 10-a yaxın rəqqas müşayiət edib. Sözügedən rəqqaslər bütün mahnıların ssenarisina uyğun olaraq mini teatr göstəriblər. 52 yaşlı estrada ulduzu iki dəfə tamaşaçıların yanına gələrək onlarla foto çəkdirib, hədiyyələri qəbul edib.

Filipp daha sonra səhnəyə Xalq artisti Aygün Kazımovanı dəvət edib. Onlar uzun illər bundan əvvəl ifa etdikləri, daha sonra yeni aranjimanda təqdim etdikləri “Calma” duetini səsləndiriblər. Onların çıxışı zalda xüsusi coşqu yaradıb. Bundan sonra Aygün Kazımova Kirkorovla yeni duetindən söz açıb:

“Filippin bizim millətə olan sevgisindən bu addımı atdım. Düşünürəm ki, mən yanılmadım. Oxuyacağımız duet Filippin bu günkü və sabahkı konserti üçün hazırlanıb. Bu mahnını ilk dəfə siz eşidəcəksiz. Bəlkə də, bir çoxlarınız təəccüblənəcəksiz. Heç ağlınıza gəlməz ki, belə bir mövzuda Kirkorovla duet oxuyam! Mən Filippdən qaynaqlandım. Onun xalqımıza sevgisindən arxayın olmasaydım, bu duet alınmazdı”.

Onlar “Can Azərbaycan” adlı yeni duetlərini təqdim ediblər. Bununla da, tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə A. Kazımova olub.

Pop ulduz “Qafqazinfo”ya açıqlamasında sözügedən mahnının müəllifinin Alişer olduğunu bildirib. Qeyd edək ki, Alişer Xalq artisti Alla Pukaçovanın musiqi prodüseridir. 

Daha sonra Kirkorovun şousu davam edib.  

Xatırladaq ki, Rusiyanın pop ulduzu bu gün də Bakı Koqres Mərkəzində solo çıxış edəcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az